“Azneft”də yeni təyinatlar olub - FOTO

SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) yeni təyinatlar olub.
BAKU.WS “Azneft”ə istinadən xəbər verir ki, Elmir Qaragözov İB-in baş geoloqu-baş direktorun müavini, Balaəli Cəfərov isə baş mühəndisin hasilat üzrə müavini təyin ediliblər.
Bu münasibətlə “Azneft” İB-də təqdimat mərasimi keçirilib. Əvvəlcə SOCAR-ın İnsan Resursları Departamentinin Personalın uçotu şöbəsinin rəisi Mahal Mehdiyev və “Azneft” İB-in İnsan Resursları Departamentinin rəisi Cavid Umbayev yeni təyinatlarla bağlı müvafiq əmrləri diqqətə çatdırıblar, onların iş fəaliyyəti barədə məlumat veriblər.
Yeni vəzifələrə təyin olunan şəxsləri təbrik edən “Azneft” İB-in baş direktoru Şahmar Hüseynov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ümidvar olduğunu bildirib ki, gənc və perspektivli kadrlar bundan sonrakı vəzifələrində də Birliyin uğurlu fəaliyyətinə öz layiqli töhfələrini verəcəklər.
SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov şirkətin struktur bölmələri arasında “Azneft” İB-in əhəmiyyətini xüsusi olaraq vurğulayıb, gənc kadrların yeni vəzifələrə təyinatını müsbət qiymətləndirib.
Qalereya
Oxşar xəbərlər
“Azneft”də kadr islahatları aparılıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) bir neçə idarə rəsi vəzifəsinə yeni təyinatlar olub. BAKU.WS xəbər verir ki, bu ba...
