AZƏRTAC-ın 102 yaşı tamam olur

AZƏRTAC-ın 102 yaşı tamam olur
Sosial 45

Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın 102 yaşı tamam olur.

BAKU.WS-in məlumatına görə, bir əsrdən çoxdur ki, agentlik Azərbaycanın salnaməsini yazır: günbəgün, saatbasaat. Onun bu illər ərzindəki bütün xəbərlərini, fotolarını bir yerə toplamaq olsaydı, göz önündə ölkəmizin və xalqımızın müxtəlif dövrlərdə keçdiyi yolun dolğun mənzərəsi yaranardı.

Bu gün dünya informasiya məkanında layiqli yer tutan, beynəlxalq və regional media orqanlarında fəal təmsil olunan 102 yaşlı AZƏRTAC yaranışının növbəti ildönümünü Prezident İlham Əliyevin Sərəncamı ilə tikilərək ötən ilin sonlarında açılışı olmuş dünya standartlarına uyğun, hər cür şəraitə malik yeni binada qeyd edir.

BAKU.WS kollektivi adından həmkarlarımızı təbrik edirik.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər