“Azəriqaz”dan xəttə hava vurulması ilə bağlı iddialara CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
“İşlək qaz sisteminə hava vurulması texniki cəhətdən mümkün deyil”.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, bu yalnız qəza vəziyyəti ilə bağlı dayanma hallarında baş verə bilər:
“Vətəndaş fasiləsiz olaraq qazdan istifadə edirsə, belə bir hal ilə qarşılaşa bilməz. Yalnız qəza dayanmasından sonra müəyyən müddətdə qazişlədicilərdən havanın gəlməsi müşahidə olunur.
Bəzi hallarda həmkarların səhlənkarlığı ucbatından qəzanın tam lokallaşdırılmaması səbəbindən həmin kəmərə müəyyən miqdarda hava daxil ola bilir. Bu isə çox az bir miqdar olur. Lakin işlək qaz sisteminə havanın vurulması mümkünsüz prosesdir. Olsa belə, bu, çox təhlükəli bir prosesdir”.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...