“Azəriqaz”dan MÜRACİƏT: Yanvarın 1-dən bu nömrəyə SMS göndərin - VİDEO

"Təxminən 2,4 milyon abonentdən söhbət gedir. Əməkdaşlarımız maksimum çalışırlar ki, sıfırlanma prosesini vaxtında həyata keçirsinlər. Yanvarın 1-dən etibarən abonentlər 1200 kubmetrə qədər istehlak etdikləri mavi yanacağın hər kubmetrinə görə 12 qəpik, 2500 kubmetrə qədər 20 qəpik, 2500 kubmetri keçdikdən sonra isə 25 qəpik ödəyirlər. Yəni yanvarın 1-dən etibarən bu rəqəmlər sıfırlanacaq".
BAKU.WS xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib.
Buna baxmayaraq, o, sıfırlanma prosesinin yanvarın 1-dək yekunlaşmayacağını da istisna etməyib. Məhz bu səbəbdən qurumun mətbuat xidmətinin rəhbəri abonentlərə müraciət edib:
"Sıfırlanma prosesində problem yaşayan abonentlər 077-310-41-04 "whatsapp" nömrəsinə sayğacın üz qabığını çəkib ata bilərlər. Bayram günləri də bizim əməkdaşlarımız iş başında olacaq və bu proses ən qısa zamanda tamamlanacaq".
Oxşar xəbərlər
"Azəriqaz" 61 mindən çox abonentə borcla bağlı SMS bildiriş göndərib - FOTO
“Azəriqaz” İstehsalat Birliyi abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayıb. Qurumdan BAKU.WS-ə verilən məlumata görə, təxm...