“Azəriqaz”da yeni TƏYİNATLAR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində kadr islahatları aparılmaqla bəzi rəhbər şəxslərin iş yerləri dəyişdirilib.
BAKU.WS “Azəriqaz”a istinadən xəbər verir ki, Fariz Məmmədov Gəncə Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi, Xaliq Namazov Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Gəncə Regional qaz istismarı İdarəsinin rəisi, Hüseyn Şirinov Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi, Namiq Məmmədov Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Salyan Regional qaz istismarı İdarəsinin rəisi, Osman Behbudov isə Salyan Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyin ediliblər.
"Artıq bu barədə müvafiq əmrlər imzalanıb və aparılan bu islahatlar regionlar üzrə idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinə xidmət edəcək", - deyə qurum bəyan edib.
Oxşar xəbərlər
İlham Əliyevdən YENİ VACİB QƏRAR
Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barəd...
