Azercell-dən yeni fırıldaq - balansınızdan hər həftə pul çıxılır
22
yan
2018
11:33
Azercell abonentlərinin balansından hər həftə 1 manat silinir.Bu barədə BAKU.WS-ə şikayətlər daxil olub.Abonentlərdən birinin məlumatına görə, Azercell-in heç bir internet paketindən istifadə etmədiyi halda hər həftə balansından 1 manat silinir və ona əvəzində 200 MB internet verilir.Bildirilir ki, 200 MB internetdən 1 həftə ərzində istifadə olunmalıdır.Abonent qeyd edir ki, o, yalnız wi-fi vasitəsilə internetə qoşulduğu halda Azercell-dən mesaj gəlib ki, 200 MB hədiyyə internet paketi aktivləşdirildi.“Halbuki mən bunu istəmirdim. İcazəm olmadan paketi aktivləşdiriblər. Birinci həftə pulsuz internet paket təqdim olunur və həmin həftə bitdikdən sonra növbəti həftələrdə hər dəfə balansımdan bir manat çıxılır. 2525-ə STOP yazıb göndərsəm də paket ləğv olunmadı, mesajımın səhv olduğu barədə məlumat verildi”, - deyə abonent bildirib.Məsələ ilə bağlı Azercell ilə əlaqə saxladıq. Şirkətdən BAKU.WS-ə bildirildi ki, bu Azercell müştəriləri üçün yeni kampaniyadır.“Birinci həftə pulsuz internet paketi təqdim olunur. Paket aktivləşdirilərkən necə dayandırılması barədə də mesaj göndərilir. Paketi deaktiv etmək üçün “7-” yazaraq 2525-ə göndərmək lazımdır”, - deyə şirkətdən bildirilib.Şikayətçi abonent isə Azercell-dən ona göndərilən mesajları təqdim edərək bildirdi ki, paketin dayandırılması barədə Azercell-dən ona heç bir məlumat göndərilməyib.Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языкеBAKU.WS
Oxşar xəbərlər
"Azercell"də böyük problem - pul ödənilir amma xidmət yoxdur
Bakı şəhərinin bəzi ərazilərində “Azercell” şirkətinin göstərdiyi internet xidmətlərində yaranan problemlər hələ də davam edir. Problemlə bağlı şikayətlərin əks...