"Azercell"də böyük problem - pul ödənilir amma xidmət yoxdur
17
dek
2017
09:29
Bakı şəhərinin bəzi ərazilərində “Azercell” şirkətinin göstərdiyi internet xidmətlərində yaranan problemlər hələ də davam edir. Problemlə bağlı şikayətlərin əksəriyyəti Xətai rayonundandır.Abunəçilərin “Report”a bildirdiyinə görə, hələ noyabr ayında problemlə bağlı şirkətə müraciət olunsa da, problem həllini tapmayıb.Abunəçilər bildirirlər ki, 3G və 4G paketləri aktiv olunduğu halda faktiki internet sürəti xeyli aşağıdır: "3G və 4G sürətli paketlər ümumiyyətlə açılmır, həmin trafikə görə pul ödənilsə də "EDGE" şəbəkəsində xidmət olunur".Şirkət məsələ ilə bağlı “Report”un sorğusuna hələ cavab verməyib.BAKU.WS
Oxşar xəbərlər
"Azercell"dən problemlə bağlı xəbərdarlıq
Azərbaycanın bəzi şimal bölgələrində və Abşeron yarımadasının şimal hissəsinin bəzi ərazilərində telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən qurğulard...