Azərbaycanlı zəvvarlar həcc əməllərini tamamlamaq üzrədirlər
"Azərbaycanlı zəvvarlar həcc əməllərini tamamlamaq üzrədirlər".
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.
QMİ rəsmisinin sözlərinə görə, sabah zəvvarlar artıq Məkkədəki hotellərə qayıdacaqlar:
"Dünən bütün islam dünyası Qurban bayramını qeyd etdi. Zəvvarlar da qurban kəsib, Vətənimizə inkişaf, xalqımıza sülh və əmin-amanlıq arzu etdilər. Kəbədə təvaf və səy etdikdən sonra hamı yenidən Minadakı çadır düşərgəsinə qayıdıb.
Bu gün və sabah camaratlar (xalq arasında şeytanı simvolizə edən sütunlar) daşlanacaq və bundan sonra bütün əməllər yekunlaşacaq".
Sonda V.Cahangiri əlavə edib ki, zəvvarlar səfərlərinin son üç gününü peyğəmbərin şəhəri Mədinədə keçirəcəklər.
Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər mayın 25-dən başlayıb. Ümumilikdə 1 250 azərbaycanlı zəvvar təyyarələrlə mayın 31-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyunun 21-dək vətənə qayıdacaqlar.
Oxşar xəbərlər
Dostların sonunu gətirən HADİSƏ - Üç nəfərin meyitinin tapıldığı sahildən GÖRÜNTÜLƏR
Xəzər rayonunun Mərdəkan qəsəbəsində dörd nəfər suda boğularaq həyatını itirib. Məlumata görə, bir araya gələn dörd dost yeyib-içdikdən sonra hava şəraitinin kü...