Azərbaycanlı professor və həyat yoldaşı koronavirusa yoluxdu

02
iyl
2020
17:18
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun əməkdaşı koronavirusa yoluxub.
BAKU.WS xəbər verir ki, İnstitutun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasovun və həyat yoldaşının koronavirus testinin cavabı pozitiv çıxıb.
"Ev şəraitində beşinci sistemdən sonra vəziyyətim sabitdir. Həyat yoldaşımda səkkizinci sistemdən sonra da boğulmaları tez-tez tutur. Boğulma əleyhinə bir neçə venadaxili dərman vasitələri qəbul edib bir qədər yüngülləşən kimi mənim sistemimi qoşur", - İ.Abbasov səhhəti haqqında məlumat verib.
Oxşar xəbərlər
Ağ Ciyər Xəstəlikləri İnstitutunun işçiləri arasında kütləvi yoluxma - TƏBİB məsələyə aydınlıq gətirdi
Ağ Ciyər Xəstəlikləri İnstitutunun 11 əməkdaşı koronavirusa yoluxub. BAKU.WS xəbər verir ki, son 3 gün ərzində tibb işçiləri Məmmədova Bikəxanım, Əliyeva Yegan...