Azərbaycanla Türkiyə media platforması təsis edir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Türkiyə arasında birgə media platforması yaradılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.
Sənəddə qeyd edilib ki, birgə media platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır.
Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin yanvarın 19-da keçiriləcək komitə iclasında müzakirə ediləcək.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...