Azərbaycanın şin istehsalçısı ləğv oluna bilər

Azərbaycanın şin istehsalçısı ləğv oluna bilər
Sosial 85

Oktytabrın 22-də, saat 11:00-da "Azərşin"ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 8 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin fəaliyyətinin dəyərləndirilməsi, fəaliyyətinin olmaması ilə bağlı ləğv edilməsinin müzakirə olunması, ləğvlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilməsi və səlahiyyətlərin verilməsi, Mülki Məcəllə ilə nəzərdə tutulmuş digər məsələlər daxildir.

"Azərşin" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,789 milyon manatdır.

Son xəbərlər