Azərbaycanın sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il Azərbaycanın sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı əvvəlki illə müqayisədə 21.4% artaraq 9 milyon 544.9 min nəfər olub.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə ölkə ərazisinə daxil olan Azərbaycan vətəndaşlarının sayı 2 milyon 138.3 min nəfər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı isə 2 milyon 626.7 min nəfər olub.
Qeyd edək ki, hesabat dövründə ölkə ərazisini tərk edən Azərbaycan vətəndaşlarının sayı 2 milyon 158.9 min nəfər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı isə 2 milyon 621 min nəfər təşkil edib.
Oxşar xəbərlər
Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ
Uşaqlara, yaşlılara və quru dəri problemi olan şəxslərə çox isti su ilə çimmək tövsiyə edilmir. Belə su dərinin qoruyucu yağ təbəqəsini zədələyə və onun müdafiə...