Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Nazirlikdən BAKU.WS-ə daxil olan başsağlığında deyilir:
"Ankaranın Almadağ bölgəsindəki zavodda baş vermiş partlayış nəticəsində beş nəfərin həlak olması və insanların yaralanması xəbəri məni hədsiz kədərləndirir. Həlak olmuşlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
Oxşar xəbərlər
Azərbaycan lideri: "Türkiyədə bərpa işlərinə də qoşulmağa hazırıq"
"Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir". BAKU.WS xəbər verir ki, bu barədə Azərbayc...