Azərbaycanın dağlıq rayonlarında 12 dərəcəyədək şaxta qeydə alınıb
Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin dekabrın 16-sı saat 9:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, dağlıq ərazilərə qar yağıb. Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada (Qusar) 6, Daşkəsəndə 4, Rvarudda (Lerik) 1 sm-dir.
Düşən yağıntının miqdarı Lerikdə 7, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Astara, Qusarda 3, Qubada 2, Xaltan, Şamaxı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Qrız, Cəlilabad, Kəlbəcər, Laçın, Naxçıvanda 1 mm-dir. Qrız, Sabirabad, Lerik, Naftalanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Amnistiya azad ediləcək şəxslərin dairəsi məlum olub
Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, amnistiya tətbiqi nəticəsində təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddə...