Azərbaycandan Rusiyaya pomidor tədarükü dayanıb?

Son iki ayda Azərbaycandan Rusiyaya pomidor ixracı kəskin azalıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu ilin ilk yeddi ayında Rusiyaya 149 milyon 541 min ABŞ dolları dəyərində, 138 min 816 ton pomidor göndərilib. Bu, aylıq orta hesabla təxminən 19,8 min ton ixrac həcmi deməkdir.
Lakin avqust ayında Rusiyaya pomidor ixracı cəmi 400 ton təşkil edib. Sentyabrda isə ölkədən ümumilikdə pomidor ixracı 35 ton səviyyəsində olub. Beləliklə, son iki ay ərzində Azərbaycandan Rusiyaya pomidor tədarükü faktiki olaraq dayanıb.
Qeyd edək ki, Rusiya bazarı Azərbaycanın ümumi pomidor ixracının təxminən 97 faizini təşkil edir.
Oxşar xəbərlər
Ən saxtakar BÜRCLƏR açıqlandı
Astroloqların müşahidələrinə görə, bəzi bürclər davranışlarında daha çox ikiüzlülük və manipulyasiya meyli göstərir. Bu xüsusiyyətlər onları "ən saxtakar bürclə...
