Azərbaycandakı Rusiya vətəndaşlarının təxliyəsi üçün dəhliz yaradılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada olan Azərbaycan vətəndaşlarının Vətənə gətirilməsi üçün xüsusi portal yaradılıb və o portalda qeydiyyatdan keçmək mümkündür.
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Bu onun üçün lazımdır ki, ölkəmizdə karantin rejimində çalışan xəstəxanaların qəbuletmə imkanları nəzərə alınsın. Təqribən həftə ərzində 400-450 nəfərin gətirilməsi təmin oluna bilər. Bu hal hər zaman dəyişə bilər. Bu günlərdə Azərbaycan ərazisindən Rusiya vətəndaşlarının ölkələrinə qayıtması üçün xüsusi koridor yaradılıb. Onların da öz ölkələlərinə rahat qayıtmaları üçün şərait yaradılır. Nəzarət olunur ki, bu proses kortəbii həyata keçirilməsin”, - deyə Hikmət Hacıyev bildirib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...