Şamaxı və Xızıda zəlzələ olub
05
iyn
2025
17:12
Fövqəladə Hallar Nazirliyi Şamaxı və Xızıda qeydə alınan zəlzələ ilə bağlı məlumat yayıb.
Nazirlikdən BAKU.WS-ə bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
***16:18
Şamaxıda zəlzələ qeydə alınıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtda 16:04 -də qeydə alınan zəlzələnin maqnitudası 3,1, dərinliyi 4 km olub.
Oxşar xəbərlər
Bakının bu ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi yerlərində qaz kəsiləcək. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat...