Azərbaycanda yumurta ilə bağlı qıtlıq yarana bilər? - RƏSMİ CAVAB

Azərbaycanda yumurta ilə bağlı qıtlıq yarana bilər? - RƏSMİ CAVAB
Açıqlama
Sosial 73

Azərbaycanda kənd təsərrüfatının strateji sahələrindən biri olan quşçuluq sektoru son illərdə həm istehsal gücü, həm də daxili bazarın tələbatının qarşılanması baxımından diqqət mərkəzindədir.

BAKU.WS-in məlumtına görə, xüsusilə yumurta istehsalı üzrə göstəricilər ilbəil dəyişdiyi üçün mövcud vəziyyətin dəqiq qiymətləndirilməsi vacibdir.

Bu kontekstdə əsas sual ondan ibarətdir: hazırda ölkədə illik yumurta istehsalı hansı həcmdədir və bazarın tələbatı ilə necə uzlaşır? Bu suala cavab sektorun inkişaf dinamikasını, idxal-ixrac balansını və istehsal potensialını anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, ölkədə illik yumurta istehsalı 2 milyard 200 milyonun üzərindədir:

"Əvvəllər süfrə yumurtası ilə bağlı gündəlik tələbatımız sentyabr ayına kimi 3,6 milyon ədəd civarında olub. Hazırda isə gündəlik tələbatımız 4,6 milyonu keçib. Buna baxmayaraq gündəlik istehsalımız 5,2-5,5 milyon ədədə çatıb.

Kənd toyuqları ilə bağlı deyə bilərik ki, yay aylarında 360 min-400 min ədəd yumurta istehsal olur. Qış aylarında isə bu rəqəm gündəlik olaraq 120 minə qədər düşür. Bu, havanın soyuq olması ilə bağlıdır.

Hazırda ölkədə kifayət qədər olmasa da, müəyyən miqdarda yumurta ehtiyatı var və yumurta qıtlığı gözlənilmir".

Orxan Hüseyn

Son xəbərlər