Azərbaycanda yeniyetmələrə bu halda vaksin vurula bilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq.
BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə "Pfizer" peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası qərar qəbul edib.
Beləliklə, yaşı 18-dən kiçik olan 12-15 yaşlı uşaqlar da peyvənd olunacaqlar. Bunun üçün hər iki valideynin razılığı şərtdir.
Valideynlərin isə uşaqların vaksinasiyası ilə bağlı fikirləri birmənalı deyil.
Qeyd edək ki, 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Oxşar xəbərlər
Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq - RƏSMİ
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam ed...