Azərbaycanda yeni su anbarları inşa ediləcək - RƏSMİ

Azərbaycanda yeni su anbarları inşa ediləcək - RƏSMİ
Sosial 251

“Azərbaycanda 140-dan çox su anbarı var. Həmin anbarlarda təxminən 21,9 milyard kubmetr su var”.

BAKU.WS xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Ekspert saatı”nda bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, mövcud su anbarlarında kifayət qədər su ehtiyatı var: “Son dövrlər yağıntıların az olması anbarlarda azalmalara səbəb olmuşdu. Görülən tədbirlər çərçivəsində ehtiyat suları stabilləşdirmək mümkün olub”.

Şöbə müdiri bildirib ki, dövlət başçısının təsdiq etdiyi planlar çərçivəsində 10 su anbarının yenidən qurulması və ya yenisinin inşası nəzərdə tutulur: “Bunlar əsasən Böyük Qafqaz dağlarının ətəyindəki çaylarımızdır. Qudyal çay, Vəlvələ çay, Qara çay, Qusar çay Ağsu çay və digərlərinin tikilməsi nəzərdə tutulub”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər