Azərbaycanda yeni sığınacaqlar yaradıla bilər
Yeniliklərdən dərhal xəbərdar olun
“Ölkədə yeni sığınacaqların yaradılmasına, mövcud sığınacaqların zəruri standartlara çatdırılmasına çalışırıq”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, hazırda ölkədə dörd QHT tərəfindən yaradılan beş fəal sığınacaq var:
“Lakin bu sığınacaqların imkanları yüksək deyil. Qəbul edilən şəxslərin sayı məhduddur. Biz bu istiqamətdə dəstəyimizi əsirgəmirik. Sığınacağa ehtiyacı olan şəxslərin müvafiq qaydada yerləşdirilməsi üçün yönləndirməyə çalışırıq. Əlbəttə ki, regional sığınacaqların olması vacibdir. Yaxın zamanda yeni sığınacaqların fəaliyyət göstərməsi gözlənilir”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...