Azərbaycanda yayılan xəstəliklə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Adi qrip virusuna yoluxduğunuzu zənn edə bilərsiz, amma bu, korona ola bilər. Çünki hər iki virusun simptomları bir-birinə çox oxşayır. Təəssüf ki, həkim yoxlamasına getmədən hansı virusa yoluxduğunuzu bilə bilməzsiniz.
BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir ki, koronavirusun digər ştamlarından fərqli olaraq "Omikron" ştamı və onun altvariantlarına yoluxanlar xəstəliyi daha yüngül formada keçirdiyi üçün qrip olduqlarını zənn edirlər.
Lakin mütəxəssislər deyir ki, "Omikron"un ölümcül riski digərlərinə nisbətən az olsa da diqqətli olmaqda fayda var.
Qeyd edək ki, ölkədə virusa yoluxma halları artdığı üçün baş verə biləcək hər vəziyyətə qarşı lazımi tədbirlər görülüb, modul tipli xəstəxanalar hər an xəstələri qəbul etmək üçün hazır vəziyyətə gətirilib.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...