Azərbaycanda yağışlı hava bu tarixədək davam edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 12-si saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Belə ki, düşən yağıntının miqdarı Qaxda 36, Şəkidə 19, Göygöl və Şahdağda 8, Qubada 6, Daşkəsən, Füzuli, Tovuz, Tərtər, Ordubad, Bərdə, Beyləqan, İsmayıllı, İmişli, Şamaxı, Qəbələ, Oğuz, Sədərək, Naxçıvan, Şahbuz, Şirvan, Sabirabad, Zərdab, Yevlax, Şəmkir, Ceyrançöl, Balakən, Gədəbəy, Zaqatala, Xaltan, Şabran, Gəncə, Biləsuvar, Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Astara, Xocalı, Bakıda və Abşeron yarımadasında 1-5 mm-dək təşkil edir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...