Azərbaycanda valideynlərin 90.5%-i uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsini dəstəkləyir
Azərbaycanda məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib.
O qeyd edib ki, 2025-ci ilin dekabrında Sosial Tədqiqatlar Mərkəzinin 1100 respondent arasında keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycanda insanların 87.3%-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir:
"11.1% təkliflə razılaşmır, 1.6% bu barədə fikir bildirmir. Başqa sözlə, uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifləri əhalidən gəlir, sosial sifarişdir. Məktəbyaşlı övladı olanların 90.5%-i təklifə müsbət yanaşır. Nisbətən tənqidi yanaşma gənclərin və ali təhsillilərin rəylərində önə çıxır".
Oxşar xəbərlər
Sabah bu ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 19-da Ağdaş və Göyçayda bir sıra...