Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.
Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.
Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.
Oxşar xəbərlər
Medianın İnkişafı Agentliyi yaradılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. BAKU.WS xəbər verir ki, fərmana ə...