Azərbaycanda uşaqlar üçün sinifdə kinoteatr təşkil edən kənd müəllimi - VİDEO
09
fev
2022
20:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonu Jidi kənd məktəbinin müəllimi Leyla Qarazadə məktəbdən səmimi görüntülər paylaşıb.
Belə ki, şəhər mərkəzindən 45 kilometr uzaqlıqda yerləşən Jidi kənd məktəbində çöldə qar yağmasına baxmayaraq, şagirdlər həftəsonu film izləməyə yığışıblar.
Bu barədə müəllim öz “Instagram” profilində paylaşım edib.
O bildirib ki, öz təşəbbüsü ilə qonşu məktəbdən proyektor təşkil edib, popkorn partladıb, birlikdə filmə baxırlar. Beləliklə, uşaqlar üçün əlçatmaz olan kinoteatrı sinifdə qurublar.
Oxşar xəbərlər
Respublika yollarındakı hazırkı vəziyyət AÇIQLANDI – 15 dərəcə şaxta olub
Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib. Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar...