Azərbaycanda uşaqların əmlak hüququ yenidən formalaşdırılır
Azərbaycanda uşaqların əmlak hüququ yenidən formalaşdırılır.
BAKU.WS xəbər verir ki, bu məsələ yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsində əks olunub.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, uşaq gəlirinə (o cümlədən aliment, təqaüd, pensiya, müavinət və s.), vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə onun vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malik olacaqlar.
Sənəddə vurğulanıb ki, uşağa məxsus əmlakın onun üstün mənafelərinə uyğun idarə olunması və uşağın həmin əmlak üzərində sərəncam vermək hüququ Mülki Məcəllə və Ailə Məcəlləsi ilə müəyyən olunacaq.
Xatırladaq ki, qüvvədə olan eyni adda qanuna görə, uşağın vərəsəlik və valideynlərinin əmlakı hesabına saxlanma hüququ var. Həmin maddədə qeyd edilib ki, hər bir uşağın valideynlərinin, övladlığa götürülənlərin əmlakına dair vərəsəlik, məhkəmənin qərarı ilə valideynlərdən hər ikisi və ya biri xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə isə onların əmlakı hesabına saxlanmaq hüququ var.
Oxşar xəbərlər
Cavanşir Qurbanovun yerinə YENİ TƏYİNAT
Yasamal Rayon Ağsaqqallar Şurasının mərhum sədri Cavanşir Qurbanovun yerinə təyinat olub. BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, tarix elmləri doktoru, pro...