Azərbaycanda təhsil haqqı ən aşağı olan universitetlərin adı AÇIQLANDI

Azərbaycanda təhsil haqqı ən aşağı olan universitetlərin adı AÇIQLANDI
Si̇yahı Açıqlama
Sosial 164

Ali təhsil almaq istəyən abituriyentlərin qarşısında duran əsas suallardan biri yalnız qəbul balı deyil, həm də təhsil haqqıdır.

BAKU.WS xəbər verir ki, Azərbaycanda bəzi universitetlər illik minlərlə manat tələb etsə də, digərlərində cəmi bir neçə yüz manatla diplom qazanmaq mümkündür.

Xüsusilə regionlarda yerləşən dövlət universitetləri və xarici dil müəllimliyi ixtisasları tələbələr üçün ən sərfəli seçimlər hesab olunur.

Bəs bu universitetlər hansılardır?

Təhsil eksperti Kamran Əsədova BAKU.WS-ə açıqlamasında bildirdi ki, Naxçıvan Dövlət Universitetində bəzi ixtisaslarda illik haqq 1 000 manat, Gəncə Dövlət Universitetində 1 200 manat, Mingəçevir Dövlət Universitetində 1 400–1 600 manat, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında isə bəzi ixtisaslarda 200–300 manatdır:

"Dünya təcrübəsinə baxanda, Azərbaycandakı qiymət siyasəti müəyyən mənada balanslıdır. Türkiyənin dövlət universitetlərində illik ödəniş 100–600 dollar civarındadır, özəl universitetlərdə isə 2 000–20 000 dollara qədər qalxır. Gürcüstanda dövlət universitetlərində ödəniş 1 500–3 000 manat, Rusiyada isə federal universitetlərdə 1 000–3 000 dollar aralığındadır. Müqayisədə görünür ki, Azərbaycan dövlət universitetlərindəki ödənişlər region ölkələri ilə eyni səviyyədədir, özəl və beynəlxalq proqramlarda isə Türkiyə və Gürcüstanla rəqabət aparmaq mümkündür".

Ekspert hesab edir ki, ölkədə ali təhsil müəssisələrində ödəniş siyasəti daha şəffaf və sosial yönümlü olacaq, tələbələr üçün daha geniş kredit və təqaüd imkanları açılacaq:

"Dəyişməli olan isə qiymətlə keyfiyyət arasındakı balansdır. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi ciddi işlər görür, universitetləri keyfiyyət təminatı sisteminə cəlb edir, beynəlxalq akkreditasiyalara qoşulmağa təşviq edir. Nazirliyin geniş dəstəkləyici planları mövcuddur, proqnozları dəqiqdir və marifləndirmə işləri sayəsində cəmiyyət bu proseslərdən xəbərdar edilir.

Burada Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Fondun dəstəyi ilə yeni universitet binaları tikilib, tələbələr üçün müasir yataqxanalar inşa olunub, beynəlxalq layihələr həyata keçirilib. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət nəticəsində təhsilin maliyyələşdirilməsi ölkənin strateji prioritetlərindən birinə çevrilib. Prezidentin sərəncamları ilə tələbə təqaüdlərinin artırılması, təhsil kreditlərinin genişləndirilməsi və universitetlərin inkişaf proqramlarının təsdiqlənməsi ali təhsil sektorunun dayanıqlı inkişafına zəmanət verir".

Orxan Hüseyn

Oxşar xəbərlər

Son xəbərlər