Azərbaycanda su quyusundan qızıl tapılıb? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədi rayonunun Hacılar kəndində su quyusu qazılarkən qızıl aşkar edilməsi iddia edilib. Bildirilib ki, kənddə su quyusu qazarkən, qəribə metal parçaları ilə qarşılaşıblar. Daha sonra məlum olub ki, həmin metal parçaları qızıldır.
İddia edilib ki, kəndin giriş-çıxışına polis postları qoyulub.
BAKU.WS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılmış məlumat həqiqəti əks etdirmir:
“Həmçinin, kənd ərazisində polis əməkdaşları tərəfindən nəzarət postları qurulmayıb”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...