Azərbaycanda son sutkada COVİD-19-a yoluxanların sayı 110-u ötdü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 077 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 987 nəfər müalicə olunaraq sağalıb, 9 633 nəfər vəfat edib. 1 457 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 337, bu günə qədər isə ümumilikdə 6 646 110 test icra olunub.
Oxşar xəbərlər
Ölkədə COVİD-19-a gündəlik yoluxma sayı açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 374 yeni yoluxma faktı qeydə alınıb, 1 029 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...