Azərbaycanda koronavirusa gündəlik yoluxma 6 mini ötdü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb, 3 385 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 670 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 727 nəfər müalicə olunaraq sağalıb, 8 779 nəfər vəfat edib. 30 807 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 797, bu günə qədər isə ümumilikdə 6 191 130 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxmanın gündəlik statistikası açıqlandı - FOTO
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...