Azərbaycanda son sutkada 92 nəfər COVID-19-a yoluxub

21
sen
2020
18:41
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 39280 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 36836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər vəfat edib, aktiv xəstə sayı 1868 nəfərdir.
Ölkədə son sutka ərzində 3011, hazırkı dövrədək isə 1057803 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda son sutkada 471 nəfər COVID-19-a yoluxub, 549 nəfər sağalıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 471 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirl...