Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə iyunun 2-də güclü külək əsəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.
Məlumatda qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Mingəçevir, Bərdə, Yevlax,Tərtər, Quba, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Sosial şəbəkələr və oyunlar: Yeni dövrün səssiz təhlükəsi
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Uşaqlar sosial şəbəkələrin girovuna çevrilir: görünməyən təhlükə nə qədər artıb? Ekran qarşı...