Azərbaycanda restoran və kafelərdə koronavirusa qarşı BU TƏDBİRLƏR görülməlidir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində koronavirusla mübarizə çərçivəsində görülməli tədbirləri açıqlayıb.
BAKU.WS-in məlumatına görə, ictimai iaşə müəssisələri sanitar-gigiyenik qaydalara əsasən, müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlamalı, müəssisəni axar isti və soyuq su təchizatının təmin etməli, müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin etməlidirlər.
Bununla yanaşı, ictimai iaşə müəssisələr birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməli və ya hava əlqurudanlarını işlək vəziyyətdə saxlamalı, yetərli sayda tibbi maskalar və əlcəklərlə təmin edilməli, istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi, işçi heyətinin qanunvericilikdə göstərilən dövrilikdə, şübhəli hallarda həmin müddətlərdən kənar plandankənar icbari tibbi müayinədən keçməsinin təmin edilməsi, mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi kimi tədbirlər həyata keçirilməlidir.
İctimai iaşə müəssisələrində qida ilə təmas edən səthlərin, avadanlıqlarıntəmizlənilməsi və dezinfeksiyası aşağıdakı qaydada həyata keçirilməlidir:
Təmizləmə zamanı (Təmizləmə - sintetik yuyucu vasitələrin köməyi ilə səthlərdən və avadanlıqlardan mikrob və s. xəstəlik törədicilərinin kənarlaşdırılması prosesi) görüləcək işlər bunlardır:
1. Əvvəlcə səthləri sintetik yuyucu vasitələr və ilıq su ilə yuyun,2. Təmiz və ya içməli su ilə durulayın,3. Təmiz dəsmalla qurulayın.
(Təmiz su dedikdə istehlak üçün yararlı olan su nəzərdə tutulur).
İctimai iaşə müəssisələrində dezinfeksiya edilməsi vacib olan sahə və səthlərədaxildir:
- İnzibati binanın ərazisi;- Binanın daxilində olan bölmələr;Mətbəx və emal sahələriYemək qəbulu salonuSanitar məişət otaqları (sanitar qovşaq, duş, soyunub-geyinmə)Anbarlar
Oxşar xəbərlər
Azərbaycanda koronavirusun yayılmasına qarşı etibarlı sədd yaradılır - FOTO
Çinin Uhan vilayətində aşkarlanan və qısa zamanda bir sıra ölkələrə yayılan koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər aparılır. Bu çərçiv...