Azərbaycanda rəqəmsal məktəb layihəsi çərçivəsində "chatbot" hazırlanır
Azərbaycanda rəqəmsal məktəb layihəsi çərçivəsində uşaqların suallarına cavab verəcək "chatbot" hazırlanır.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, bu sistem bütün dərslikləri öyrənəcək və xüsusilə Azərbaycan tarixi, Azərbaycan dili və digər əsas fənlər üzrə uşaqlara dəstək verəcək.
E.Əmrullayev vurğulayıb ki, yeni strategiyada 2027-2030-cu illər üçün təhsil proqramlarında süni intellektin istifadəsi xüsusi nəzərə alınacaq:
"Həmçinin layihə çərçivəsində ekoloji və iqlim dəyişiklikləri ilə bağlı fənlər üzrə dərsliklər də hazırlanacaq. Məqsəd hər mövzuda yalnız bir dərslik yazmaq deyil, əksinə, mövzuya uyğun fərqli sahələr üzrə intelektual və tədris dəstəyini təmin etməkdir".
Oxşar xəbərlər
Yaşı 50-ni keçənlərin DİQQƏTİNƏ! Risklər açıqlandı...
Yaşı 50-ni ötən şəxslərdə müxtəlif xroniki xəstəliklərin yaranma ehtimalı əhəmiyyətli dərəcədə artır. Mütəxəssislərin sözlərinə görə, bu yaşdan sonra həm orqani...