Azərbaycanda qış turizm mövsümünə start verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda qış turizm mövsümünə rəsmən start verilib.
Bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Qeyd edib ki, ölkənin qış turizm imkanlarının genişləndirilməsi, beynəlxalq turistlərin cəlb olunması və daxili turizmin inkişafı məqsədilə yeni layihələr həyata keçirilir.
O, Azərbaycanın təbiət turizmi, mədəniyyət, macəra, sağlamlıq və qış turizmi istiqamətlərində xüsusi təşviqat işlərinin aparıldığını vurğulayıb.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...