"Səs" qəzeti fəaliyyətini dayandırır?

Səs qəzeti fəaliyyətini dayandırır?
Foto
Sosial 215

"Səs" qəzetinin fəaliyyəti dayandırılmayacaq".

BAKU.WS xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Səs qəzeti fəaliyyətini dayandırır?

O bildirib ki, gündəlik çap olunan "Səs" qəzeti həftəlik nəşrə keçəcək:

"Kollektivlə restrukturizasiya və optimallaşdırma ilə bağlı müzakirələr aparılıb. Qəzetin həftədə bir dəfə nəşr olunması nəzərdə tutulur. İstər-istəməz gündəlik çap olunan qəzetin həftəlik nəşrə keçməsi kollektivin azaldılmasını zəruri edir.

Hesab edirəm ki, qəzet fəaliyyətini davam etdirəcək. "Səs" Media Qrupu da öz işinə davam edir və bu qərarın media qrupuna heç bir aidiyyəti yoxdur.

Qəzetə gəlincə, yanvar ayından etibarən həftədə ən azı bir dəfə, maliyyə resurslarımız araşdırıldıqdan sonra isə, ola bilsin ki, iki dəfə çap edilsin".

***14:26

"Səs" qəzeti fəaliyyətini dayandırır.

BAKU.WS xəbər verir ki, bu barədə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib.

Bəhruz Quliyev qeyd edib ki, bu barədə qəzetin kollektivinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

Qeyd edək ki, "Səs" qəzeti 1991-ci ildən nəşr olunur.

Son xəbərlər