Azərbaycanda pensiya və müavinət alanlar üçün VACİB AÇIQLAMA

Azərbaycanda sosial təminat sisteminin ən mühüm istiqamətlərindən biri əmək pensiyalarıdır. İnsanların yaşlılıq dövründə, əlillik vəziyyətində və ya ailə başçısını itirdikdə sosial müdafiəsini təmin etmək məqsədi ilə tətbiq edilən bu pensiyalar "Əmək pensiyaları haqqında" qanunla tənzimlənir.
BAKU.WS-in məlumatına görə, bu pensiyalarının üç növü var. Bunlar yaşa görə və ailə başçısını itirməyə görə əmək pensiyaları və eyni zamanda, əlilliyə görə əmək pensiyalarıdır.
Bəs əmək pensiyalarının ödənilməsi hansı hallarda dayandırıla və ya ümumiyyətlə ləğv edilə bilər?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib ki, qadınların 64 yaşı tamam olubsa, bu halda onlar əmək pensiyası almaq hüququna malikdir:
"Tələb olunan minimum pensiya kapitalı toplanıbsa, 25 il staj varsa və ya 2018-ci ilin iyulun birinə qədər pensiya fonduna sadəcə bir manat vəsait ödəyibsə, o halda pensiya yaşı tamam olan kimi avtomatik əmək pensiyası almaq hüququna malik olurlar. Əgər yaşa görə əmək pensiyası qanun çərçivəsində müəyyənləşibsə hər hansı qanun pozuntuları olmayıbsa, dayandırıla bilməz.
Əmək pensiyaları o halda dayandırıla bilər ki, əmək pensiyası təyin edilən zaman qanun pozuntusu baş versin. Əgər qanun pozuntusu baş verməyibsə, istər yaşa görə əmək pensiyası, istər ailə başçısını itirməyə görə əmək pensiyası və ya əlilliyə görə əmək pensiyası heç bir halda həmin pensiyanın dayandırılması qanunvericiliklə nəzərdə tutulmayıb.
Son dövrlər müşahidə etdiyimiz məqamlardan biri odur ki, əlilliyə görə həm müavinət, həm də pensiyalarda əvvəlki illərdə buraxılan və ya qanun səhvləri, eyni zamanda hüququ olmadan həmin vətəndaşın bu hüquqla təmin edilməsidir. Bu hallarda təbii ki, həmin hüquq dayandırıla bilər. Yəni istər pensiya, istərsə də müavinət olsun, əgər onun təyinatı zamanı qanun pozuntusu baş verməyibsə, heç bir dayandırılmadan söhbət gedə bilməz".
Orxan Hüseyn
Oxşar xəbərlər
Silk Way West Airlines ISO 14001 ətraf mühit sertifikatı ilə təltif edilib
Silk Way West Airlines şirkəti Britaniya Standartlar İnstitutu (BSI) tərəfindən ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi (EMS) sertifikatına layiq görülüb. Bu,...
