Azərbaycanda ov mövsümünün açılmasının yubanma səbəbi açıqlanıb

Azərbaycanda ov mövsümünün açılmasının yubanma səbəbi açıqlanıb
Sosial 88

Azərbaycanda hazırda mütəxəssislər vəhşi heyvan və quş növlərinin monitorinqini, xüsusilə də ovçuluq təsərrüfatında sayğı prosesini aparır.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva deyib.

O qeyd edib ki, ötənilki sayğı zamanı iqlim dəyişmələri ilə bağlı, xüsusilə köçəri quşların sayında azalma müşahidə edilib: "Buna əsas səbəb dünyada baş verən iqlim dəyişmələri, su- bataqlıq ərazilərin quruması, quşların miqrasiya marşrutlarının dəyişməsidir".

"Hazırda mütəxəssislər yerlərdə sayğı prosesini davam etdirir, müxtəlif biotoplarda quş koloniyaları, sayğı zamanı rast gəlinən növlərin sayı ilə bağlı təhlillər aparır. Bütün bu işlər yekunlaşdıqdan sonra alim və mütəxəssislərin rəyinə əsasən "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçiriləcək, ardınca ov mövsümünün açılıb-açılmaması ilə bağlı yekun qərar qəbul ediləcək", - A.Babayeva vurğulayıb.

Xatırladaq ki, ötən il Azərbaycanda ov mövsümü sentyabrda açılmışdı.

Son xəbərlər