Azərbaycanda nə qədər narkoman var? - VİDEO
"Azərbaycanda yuvarlaq götürsək, 34 min narkotik aludəçisi var. BMT və digər beynəlxalq təşkilatlar bu rəqəmləri bütün ölkələrdə 10-a vururlar. Deməli, rəqəmlər bizdə, kobud desək, 400 minə gəlib çıxır".
BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan Narkomaniyaya qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Rauf Zeyni bildirib:
"Təsəvvür edin ki, bizdə 400 min narkotik aludəçisi var. Bir narkomandan onun ən azı iki ailə üzvü əzab-əziyyət çəkirsə, bu rəqəmlər 1 milyonu keçir. Mövcud durum 10 milyonluq ölkə üçün dəhşətli vəziyyətdir".
Oxşar xəbərlər
İmişlidə zərərverici həşəratlar yonca sahələrinə ziyan vurub, məhsuldarlıq azalıb
İmişli rayonunun yonca sahələrində zərərverici həşəratlar yayılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə rayon sakinləri məlumat verib. Onların...