Azərbaycanda məşhur park abadlaşdırılacaq - 2,9 milyonluq LAYİHƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Şəhər İcra Hakimiyyəti şəhərin mərkəzində yerləşən "Böyük bağ" adı ilə məşhur olan qədim mədəniyyət və istirahət parkını abadlaşdıracaq.
BAKU.WS-in məlumatına görə, layihənin ehtimal olunan dəyəri 2 909 490,43 manat təşkil edir.
Layihə çərçivəsində "Böyük Bağ"ın mərkəzi fəvvarəsi ərazisində torpaq-qazıntı və abadlıq işlərinin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, işlər nəticəsində mərkəzi fəvvarə ərazisinin yenilənməsi, parkın infrastrukturunun yaxşılaşdırılması, yaşıllıq və istirahət zonalarının daha səliqəli vəziyyətə gətirilməsi, həmçinin sakinlər və şəhər qonaqları üçün daha rahat və təhlükəsiz istirahət mühitinin yaradılması gözlənilir.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...