Azərbaycanda koronavirusdan sağalanların sayı açıqlandı

29
may
2020
18:09
Azərbaycan Respublikasında daha 103 nəfər müalicə olunaraq koronavirusdan sağalıb və evə buraxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bununla da hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına yoluxan 4989 nəfərdən sağalanların sayı 3125 nəfərə çatıb.
Hazırda 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT AÇIQLANDI
Azərbaycanda indiyə qədər koronavirusa görə aparılan testlərin sayı məlum olub. BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mə...
