Azərbaycanda koronavirusa yoluxanların sayı yenə azaldı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1428 yeni yoluxma faktı qeydə alınıb, 4255 nəfər müalicə olunaraq sağalıb.
BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 213192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164500 nəfər müalicə olunaraq sağalıb, 2454 nəfər vəfat edib, aktiv xəstə sayı 46238 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12507, ötən müddət ərzində isə ümumilikdə 2 141 798 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda son sutkada 3469 nəfər koronavirusa yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BAKU...