Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 202 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 944 nəfər müalicə olunaraq sağalıb, 9 944 nəfər vəfat edib, aktiv xəstə sayı 314 nəfərdir.
Ölkədə son sutka ərzində 2 060, hazırkı dövrədək isə 7 317 582 test aparılıb.


Oxşar xəbərlər
Azərbaycanda 41 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 41 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında O...