Azərbaycanda 41 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 41 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 064 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 806 nəfər müalicə olunaraq sağalıb, hazırda 317 aktiv xəstə var. Bu günə qədər 9 941 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 014, bu günə qədər isə ümumilikdə 7 311 644 test icra olunub.


Oxşar xəbərlər
Azərbaycanda 3 nəfər koronavirusdan ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 64 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında O...