Azərbaycanda koronavirusa yoluxan hamilə qadınlarla bağlı AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxan hamilə qadınlarla bağlı AÇIQLAMA
Sosial 114

Son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb.

BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova deyib.

Nazirlik rəsmisi bildirib ki, COVID-19 pandemiyasının ilk günlərindən etibarən virusa yoluxan hamilə qadınlara respublikanın 2 böyük klinikası - Kliniki Tibbi Mərkəz və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası xidmət göstərir:

"Sevindirici haldır ki, son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb. Koronavirusa yoluxması təsdiqlənən bütün hamilə qadınların qeyd olunan klinikalara göndərilir. Ona görə də statistika respublika üzrə hesab olunur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər