Azərbaycanda koronavirusa ən çox yoluxma bu ərazidədir
Azərbaycanda ölkə üzrə koronavirusa ən çox yoluxma Bakıda qeydə alınıb.
BAKU.WS “koronavirusinfo.az”a istinadən xəbər verir ki, paytaxt üzrə yoluxma 56,2 faiz təşkil edir.
Bakı üzrə koronavirusa yoluxma isə yenə də ən çox Binəqədidə qeydə alınıb.
Binəqədidə virusa yoluxma 14,3% olub. Xətai rayonunda virusa yoluxma 12,2%, Yasamalda 11,8%, Sabunçuda 11,8%, Nəsimidə 9,1%, Nərimanovda 8,5%, Suraxanıda 8,0%, Qaradağda 7,4%, Nizamidə 7,1%, Xəzərdə 5,0%, Səbaildə 4,6% təşkil edib.
Bakının rayonları üzrə yenə də ən az yoluxma Pirallahı rayonunda olub – 0,3%.
Qeyd edək ki, Abşeronda yoluxma 15,8%, Aranda 10,2%, Gəncə-Qazaxda 6,4%, Lənkənarda 4,3%, Quba-Xaçmazda 1,9%, Şəki-Zaqatalada 1,7%, Dağlıq Şirvanda 1,6%, Yuxarı Qarabağda 1,0%, Naxçıvanda isə 0,04% təşkil edir. Yoluxanların 0,8%-i ölkə xaricindən gələnlərdir.
Oxşar xəbərlər
Bakıda koronavirusa yoluxma ən çox bu rayondadır
Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. BAKU.WS xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etd...