Bu rayonlarda COVID-19-a yoluxanlar daha çoxdur - RƏSMİ
"Yasamal, Nəsimi və Binəqədi rayonlarında koronavirusa yoluxanların sayı üstünlük təşkil edir".
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, paytaxtda koronavirusa yoluxma halı ən çox Yasamal rayonundadır (22.65 faiz). Ən az isə Pirallahıda (0.93 faiz) qeydə alınıb. Bundan başqa, Binəqədidə 11,27%, Nəsimidə 11,15%, Nərimanovda 6,27%, Xətaidə 5,37%, Səbaildə 2,25%, Nizamidə 5,11%, Xəzərdə 4,53%, Suraxanıda 5,11%, Qaradağda 3,02% və son olaraq Sabunçuda 12,2% yoluxma faktı qeydə alınıb.
TƏBİB sədri əlavə edib ki, Lənkəran və Gəncə kimi bölgələrdə də yoluxma hallarının sayının artması müşahidə olunub: "Qadınlar arasında yoluxma halı daha artıqdır. 50-59 yaş arası insanların arasında yoluxma halı isə 22 faiz təşkil edir".
Oxşar xəbərlər
TƏBİB: Xüsusi karantin rejiminə yenidən qayıdıla bilər
Koronavirusla mübarizədə sərt karantin rejimi tətbiq edilsə də, əksər ölkələr artıq mərhələli şəkildə çıxş yolunu tətbiq etməyə başlayıblar. BAKU.WS xəbər verir...