Azərbaycanda karantin bu tarixdə tamamilə ləğv edilir? AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi Azərbaycanda 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Əgər bu dinamika davam etsə, iyun ayında karantin rejimi ləğv edilə bilərmi?
BAKU.WS-in məlumatına görə, bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, karantin rejiminin ləğvi barədə danışmaq tezdir:
"Sadəcə yumşaldılması və uzadılması mümkündür. Çünki bu hal dünyəvidir. Biz karantin rejimini ləğv etsək də, sərhədləri aça bilməyəcəyik.
Ümumiyyətlə sərhədlərin açılması bizim maraqlarımıza uyğun deyil. Çünki bu virusa tutulan insan ölkəmizə gələrək yenidən koronavirusun Azərbaycanda alovlanmasına səbəb ola bilər. Bu baxımdan da biz daxildə karantin rejimini yumşalda və ya sərtləşdirə bilərik.
Karantin rejiminin ləğvi qeyri-sağlam addımdır. Biz bunu qorumalıyıq. Əgər bu gün yollar bağlıdırsa, bu, insanlarımızın sağlamlığının xeyirinədir. Amma müəyyən məsələlərdə yumşalma barədə düşünmək olar".
Oxşar xəbərlər
Koronaviruslu xəstələri müalicə edən həkim: "Biz bəzilərini məcburi qaydada xəstəxanada saxlayırıq"
Koronavirus yalnız ona yoluxan xəstələrin deyil, həmin xəstələri müalicə edən həkimlərin də ətraf mühitdən təcrid edilməsini zəruri edir. Buna görə də öz həyatl...