Azərbaycanda ilk dəfə pişiyin üzərində qeysəriyyə əməliyyatı aparıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada maraqlı hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, rayonun Yuxarı Tala kəndinin baytar həkimi Novruz Qurbanov doğuş etməkdə çətinlik çəkən pişiyin üzərində qeysəriyyə əməliyyatı aparıb. Əməliyyat uğurla keçib, pişik və balaları sağ-salamatdır.
N.Qurbanov Lent.az-a açıqlamasında pişik üzərində ilk dəfədir belə bir əməliyyat keçirdiyini bildirib:
“İki gün idi pişik doğuş edə bilmirdi. Heyvan çox əziyyət çəkirdi. Belə qalsaydı özü də, balaları da ölə bilərdi. Mənə müraciət olunan kimi dərhal əməliyyata razılıq verdim. Dörd balasını pişiyin bətnindən çıxardıq. Çox şükür hər şey yaxşı bitdi. Hazırda pişiyin və balalarının vəziyyəti yaxşıdır”.
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...